Yeni mövsümə iddalı hazırlaşan “Sabah” iki legioneri ilə yollarını ayırır.
İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, bunlar – Mixeil Erqemlidze və Xuan Kamaradı. Gürcüstanlı futbolçunun komanda ilə müqaviləsi davam etsə də, məşqçilər korpusu onun xidmətində maraqlı deyil.
İcarə əsasında Masazır klubunda çıxış edən Kamara da müqavilə ilə məxsus olduğu Polşanın “Yaqelloniya” komandasına geri dönür.
Qeyd edək ki, paytaxt klubu Namik Ələskərov, Anatoli Nuriyev, Tellur Müəllimov və David Volkovu heyətinə qatıb.