“Yuventus” PSJ-dən ayrılan Anxel Di Mariyanın transferini yekunlaşdırıb.
İdmanxeber.az-ın məlumatına görə, 34 yaşlı yarımmüdafiəçi bu həftə Turinə gedərək rəsmi müqavilə imzalayacaq.
Qeyd edək ki, Anxel Di Mariya 2015-ci ildən PSJ-də çıxış edib. Argentina millisinin üzvü Paris təmsilçisində 295 oyun keçirib, 93 qol və 119 məhsuldar ötürmə ilə yadda qalıb.