Ötən gecə “Qarabağ” ÇL-in I təsnifat mərhələsinin cavab matçında Polşa “Lex”ini məğlub edərək Azərbaycanın UEFA reytinqində xal hesabının artmasına səbəb olub.
İdmanxeber.az-ın məlumatına görə, qazanılan qələbə sayəsində ölkənin aktivinə 0,250 xal gətirib.
Lakin Azərbaycan son 5 mövsüm üzrə xal sayını 12,875-ə çatdırmasına rəğmən, 29-cu pillədə qalıb. Səbəb 13,750 xalla 28-ci yerdə gedən Polşanın UEFA Konfrans Liqasındakı təmsilçiləri “Lexiya” və “Poqon”un elə I təsnifat mərhələsindən mübarizəyə başlayaraq, ilk görüşlərini qələbə ilə başa vurmalarıdır. Azərbaycanın bu turnirdəki təmsilçiləri “Neftçi”, “Zirə” və “Qəbələ” isə yarışa II təsnifat mərhələsindən start verəcəklər.