“Qarabağ”ın Çempionlar Liqasının II təsnifat mərhələsindəki rəqibi “Sürix” İsveçrə çempionatında I turun matçına çıxıb.
İdmanxeber.az-ın məlumatina görə, komanda səfərdə “Yanq Boyz”la qarşılaşıb. İlk hissəsi qolsuz başa çatan görüşün ikinci hissəsində “Yanq Boyz” 4 cavabsız qol vuraraq “Sürix”i darmadağın edib.
Qeyd edək ki, “Qarabağ” “Sürix”lə ilk matçı iyulun 19-u Bakıda keçirəcək. Bu komandalar arasında cavab görüşü bir həftə sonra İsveçrədə baş tutacaq.