UEFA Çempionlar Liqasında mübarizəni davam etdirən “Qarabağ” II təsnifat mərhləsində “Sürix”lə qarşılaşacaq.
İdmanxeber.az-ın məlumatına görə, bu cütün məğlubu mübarizəni Avropa Liqasında davam etdirəcək. “Qarabağ” – “Sürix” cütünün məğlubu Avroliqanın IIİ təsnifat mərhələsində aşağıdakı cütlərin hər hansı bir məğlubu ilə üz-üzə gələcək.
“Ferençsvaroş” (Macarıstan) – “Slovan” (Bratislava) (Slovakiya) cütünün məğlubu,
“Dinamo” (Zaqreb) (Xorvatiya) – “Şkupi” (Şimali Makedoniya) cütünün məğlubu,
HİK (Finlandiya) – “Viktoriya” (Plzen) (Çexiya) cütünün məğlubu,
“Linfild” (İrlandiya) – “Budo-Qlimit” (Norveç,) cütünün məğlubu,
“Jalgiris” (Litva) – “Malmö” (İsveç) cütünün məğlubu,
“Ludoqorets” (Bolqarıstan) – “Şemrok Rovers” (İrlandiya) cütünün məğlubu,
“Maribor” (Sloveniya) – “Şerif” (Moldova) cütünün məğlubu,
“Makkabi” (Hayfa) (İsrail) – “Olimpiakos” (Yunanıstan) cütünün məğlubu.