10 sentyabr tarixində usta cüdoçular arasında dünya çempionatında M4 və M5 yaş kateqoriyaları üzrə medalçılar bəlli olub.
İdmanxeber.az xəbər verir ki, çempionatın üçüncü günündə usta cüdoçularımız 2 qızıl və 1 bürünc medal qazanıb.
M4 kateqoriyasında Babək Hacıyev qızıl, Emil Hüseynov bürünc medal qazanıb. M5 kateqoriyasında isə Mübarizə Cəfərov çempion olub.