“Qarabağ” – “Nant” arasında keçiriləcək oyunda bir dəqiqəlik sükut ola bilər.
İdmanxeber.az-ın məlumatına görə, bu barədə komandanın baş məşqçisi Qurban Qurbanov qarşılaşmadan əvvəl mətbuat konfransında bildirib. 50 yaşlı mütəxəssis bunun üçün UEFA-ya müraciət olunduğunu və qərarın sabah açıqlanacağını vurğulayıb.
Qeyd edək ki, sentyabrın 15-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 20:45-də başlayacaq.

