Kateqoriyasız

AFFA Azərbaycan millisinə rəqib tapıb

Azərbaycan millisi Moldova yığması ilə yoldaşlıq oyunu keçirəcək.

Idmanxeber.az xəbər verir ki, bununla bağlı AFFA və Moldova Futbol Federasiyası arasında danışıqlar aparılıb. Əldə olunmuş razılığa əsasən, komandalar bu il noyabrın 16-da qarşılaşacaq.

Oyun Moldovanın paytaxtı Kişinyovdakı “Zimbru” stadionunda təşkil olunacaq.

Matçın başlama saatı hələlik məlum deyil.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43