17 İyul 2026
Kateqoriyasız

“Qarabağ”ın Yunanıstana səfər proqramı bilindi

UEFA Avropa Liqasının qrup mərhələsində “Olimpiakos”la (Yunanıstan) qarşılaşacaq “Qarabağ”ın səfər proqramı müəyyənləşib.

Idmanxeber.az xəbər verir ki, “köhlən atlar” sabah Yunanıstana yollanacaq. Komandanı aparacaq təyyarə saat 10:30-da Heydər Əliyev Beynəlxalq Hava Limanından yola düşəcək.

Sabah saat 18:30-da komandanın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçiriləcək. Saat 23:00-da isə matçın keçiriləcəyi “Georgios Karaiskakis” stadionunda komandanın məşqi olacaq.

Oktyabrın 6-da keçiriləcək “Olimpiakos” – “Qarabağ” oyunu saat 23:00-da start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43