“Matçın əvvəlində fərdi səhvlərdən qol buraxdıq. Belə komandaya qarşı geridönüş etmək çətindir. “Sabah” hazırda Azərbaycanda ən yaxşı futbol sərgiləyən komandalardan biri, bəlkə də, birincisidir”.
İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Səbail”in baş məşqçisi Şahin Diniyev “Sabah”a uduzduqları (0:4) oyundan sonra deyib.
O, daha sonra sözlərinə bele davam edib:
“Bizim A planımız çempionatda qalmaqdır. Elitanı tərk edib, kuboku qazanacağıqsa, kubokdan imtina edərəm. Həm kuboka, həm çempionata eyni tərzdə yanaşacağıq”