“Neftçi”nin sabiq prezidenti Orxan Hüseynzadə təyinat alıb.
İdmanxeber.az xəbər verir ki, o, Avropa Liqasının pley-off mərhələsində keçiriləcək “Roma” – “Zaltsburq” (Avstriya) cavab matçında UEFA nümayəndəsi olacaq.
Fevralın 23-də oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
İlk görüşdə Avstriya təmsilçisi mininal hesablı qələbə qazanıb – 1:0.