“Real”ın baş məşqçisi Karlo Ançelotti “Barselona” görüşü öncəsi mətbuat konfansı keçirib.
İdmanxeber.az-ın məlumatına görə, italiyalı mütəxəssis ölkə kubokunun yarımfinalı haqqında fikirlərini bildirib. O, komandasının oyuna tam hazır olduğunu açıqlayıb:
“Belə bir matçın təzyiqinə tab gətirmək cəsarət və xarakter tələb edir. Həmişə olduğu kimi, belə oyunlarda iştirak etməyi çox istəyirəm. Derbi oyunları üçün hər zaman hazıram. Finala yaxınıq, əlimizdən gələni etməyə çalışacağıq. Biz hər şeyi təhlil etmişik. Bu, həlledici matç deyil, amma üstünlük əldə etmək istəyirik. Super Kubokduka məğlubiyyətin intiqamı barədə düşünmürük. Ancaq hər iki komanda bura qədər gəlibsə, şanslar eynidir”.
Qarşılaşma sabah gecə Bakı vaxtı ilə 00:00-da başlayacaq.