“Mançester Yunayted”in hücumçusu Markus Raşford Premyer Liqada ayın oyunçusu seçilib.
İdmanxeber.az-ın məlumatına görə, 25 yaşlı futbolçu ardıcıl ikinci, bu mövsüm isə üçüncü dəfə Premyer Liqada ayın oyunçusu seçilib.
O, bu göstərici ilə Muhammed Salahın uğurunu da təkrarlayıb. Belə ki, “Liverpul”un forvardı 2017/18 mövsümündə 3 dəfə ayın futbolçusu seçilmişdi.
Reşford fevralda Premyer Liqada 4 matçda iştirak edib və 5 qol vurub.

