Azərbaycan millisinin üzvü Anton Krivotsyuk Canubi Koreyada növbəti matçına çıxıb.
İdmanxeber.az-ın məlumatına görə, yığmamızın üzvünün formasını geyindiyi “Tecon Xana Sitizen” komandası doğma meydanda “Pxoxan Stilers”lə üz-üzə gəlib. Qarşılaşma qolsuz bərabərliklə sona çatıb.
Anton görüşə əsas heyətdə başlayıb və sona qədər məeydanada olub.
Krivstyukun komandası 3 turdan sonra 5 xalla 3-cü pillədə qərarlaşıb.

