26 İyul 2026
Dünya futbolu

Ozan Can oynadı, komandası “Ayaks”ı darmadağın etdi

Azərbaycan millisinin üzvü Ozan Can Kökcü “Eyndhoven”də növbəti oyununu keçirib.

İdmanxeber.az-ın məlumatına görə, I liqa təmsilçisi evdə “Ayaks”ın gənclər komandasını qəbul edib. Matç ev sahibi komandanın 5:1 hesablı qələbəsi ilə başa çatıb.

Oyuna əsas heyətdə başlayan Ozan 89-cu dəqiqədə əvəzlənib.

Aktivində 45 xalı olan  “Eyndhoven” turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43