“Mahir Emreli tanıdığımız bir oyunçudur. O, “Qarabağ”da oynayarkən Türkiyədən izləyirdik. Hətta bir dönəm adı “Qalatasaray” və “Beşiktaş” kimi klublarla hallandı. “Başkşəhər”də Mahiri almaq istəyirdi amma transfer gerçəkləşmədi”.
Bu sözləri idmanxeber.az saytına Türkiyənin “Yeni Haber” nəşrinin jurnalisti Ufuk Kendirci Azərbaycan millisinin üzvünün “Konyaspor”a keçməsinə dəyərləndirərkən deyib. O, Emrelidən gözləntilərin böyük olduğunu bildirib:

“Emrelinin “Dinamo” (Zaqreb) karyerası qırılma dönəmi ola bilər. Məncə, baş məşqçiyə və ya ölkəyə uyğunlaşa bilmədi. Yenə də biz onun nələr edə biləcəyini bilirik. Sol ayağından yaxşı istifadə edir, hava toplarına da hakimdir. “Konyaspor”da Ahmet Oğuz və Gilyerme Sitya Emrelini irəlidə topa bəsləyə bilsə, uğurlu nəticələr olacaq. Mahir də türk adətləri ilə böyüdüyü üçün onu həmən özümüz kimi qəbul etdik. “Konyaspor”da ona böyük ümidlər bəslənir”.
Ufuk Kendirci yığmamızın Konya təmsilçisində uzun müddət qala biləcəyini vurğulayıb:

“Mahirlə mövsüm sonuna qədər müqavilə bağlansa da, klub satın alma maddəsindən istifadə edə bilər. O, ilk matçını “Giresunspor”a qarşı keçirdi. Sağ cinahda oynadı. 58-ci dəqiqədə əvəzlənsə də, bir epizodda az qala fərqlənəcəkdi. Qol vurmaq problemi yaşayan “Konyaspor” Mahirlə bu məsələni həll etməyə çalışacaq. Konyada yeni transferlər arasında Mahirdən gözləntləri daha böyükdür”.
Həsən Quluzadə

