Azərbaycan millisinin üzvü Ozan Can Kökcü “Eyndhoven”də növbəti oyununu keçirib.
İdmanxeber.az-ın məlumatına görə, I liqa təmsilçisi evdə “Ayaks”ın gənclər komandasını qəbul edib. Matç ev sahibi komandanın 5:1 hesablı qələbəsi ilə başa çatıb.
Oyuna əsas heyətdə başlayan Ozan 89-cu dəqiqədə əvəzlənib.
Aktivində 45 xalı olan “Eyndhoven” turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.

