“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haqın rəhbərliyindən tələbi var.
İdmanxeber.az-ın məlumatına görə, niderlandlı mütəxəssis “Tottenhem”in ulduzu Harri Keyni rənglərinə bağlamaq istəyir. O, rəhbərlikdən ingiltərəli oyunçunu transfer etmələrini istəyini bildirib.
29 yaşlı forvardın London klubu ilə 2024-cü ilə müqaviləsi var. Keyn bu mövsüm Premyer Liqada 26 oyuna çıxıb, 18 qol vurub və 2 məhsuldar ötürmə edib.

