“Qarabağ” – “Qalatasaray” matçının biletləri satışa çıxarılıb.
İlk gündən qarşlaşmaya maraq olduqca yüksəkdir. Oyunu stadiondan izləmək istəyən azarkeşlər elə ilk dəqiqlərdən biletləri əldə etməyə başlayıblar.
Klubdan idmanxeber.az saytına verilən məlumata görə, biletlərin satışa çıxmasından 1,5 saat sonra 25 mini satılıb. Hazırda bilet satılan bütün məntəqələrdə satışların davam edir.
Oyun martın 26-sı, saat 20:00-da start götürəcək. Qarşılaşma Bakı Olimpiya Stadionunda baş tutacaq.

