Misli Premyer Liqasının XXVII turuna yekun vurulur.
İdmanxeber.az-ın məlumatına görə, turun sonuncu oyununda “Qəbələ” doğma meydanda “Şamaxı”nı qəbul edir. Bölgə təmsilçisinin oyununa maraq azdır.
Yağışlı hava şəraitində keçiriləcək görüşdə tribunalar boş qalıb. Görüşü stadiondan cəmi 50-60 azarkeş izləyir.
Stadionda az sayda “Şamaxı”nın da tərəfdarları yer alıb. Matç saat 17:00-da start götürəcək.