“Barselona” zədələnən futbolçusu Osman Dembele ən yaxşı halda aprel ayının ortalarında komandayla birgə məşqlər edə biləcək.
İdmanxeber.az-ın məlumatına görə, Kataloniya klubunun baş məşqçisi Xavi zədələnən Dembelenin azı 3-4 həftə sonra komandaya qoşulacağını bildirib.
Qeyd edək ki, Dembele yanvarın 28-də “Jirona” ilə La Liqa matçında sıradan çıxmışdı.