AVRO-2024 seçmə mərhələsi çərçivəsində keçiriləcək Bolqarıstan – Monteneqro matçına hakim təyinatları açıqlanıb.
İdmanxeber.az-ın məlumatına görə, görüş azərbaycanlı hakim Əliyar Ağayevə tapşırılıb. FIFA referisinə həmin qarşılaşmada Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər.
Kamal Umudlu isə ehtiyat hakim olacaq.
Sözügedən matç martın 24-də baş tutacaq.

