12 İyul 2026
Dünya futbolu

Argentinalı mütəxəssis istefaya göndərildi

Qeyri-stabil çıxışı ilə azarkeşləri məyus edən “Sevilya”da ayrılıq reallaşıb.

İdmanxeber.az-ın məlumatına görə, La Liqa təmsilçisinin baş məşqçisi Jorge Sampaoli istefaya göndərilib. İspaniya klubunun rəhbərliyi sonuncu turda “Xetafe” ilə matçda alınan məğlubiyyətin ardından argentinalı baş məşqçi ilə yolları ayırmaq qərarına gəlib.

Komandanı 31 rəsmi oyuna çıxaran çalışdırıcı bu oyunlarda 13 qələbə, 12 məğlubuyyət və 6 heç-heçə ilə yadda qalıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43