İngiltərə nəhəngləri “Lids”in futbolçusunu istəyir.
İdmanxeber.az “La Gazzetta dello Sport”a istinadən xəbər verir ki, Villi Nonto “Arsenal”, “Mançester Siti” və “Çelsi”nin dairəsindədir. “Lids” rəhbərliyi futbolçunu satmaq istəməsə də, ona gələn yüksək məbləğli təklifləri dəyərləndirəcək.
Komanda 19 yaşlı oyunçu üçün 35-40 milyon avro qarşılığında sata bilər. Rəhbərlik bundan aşağı məbləğləri qəbul etməyəcək.
O, bu mövsüm Premyer Liqada 16 matçda 2 qol vurub və 3 məhsuldar ötürmə edib.

