İspaniya La Liqası ofsayd epizodlarında mübahisələri bitirmək üçün yeni sistem tətbiq etmək niyyətindədir.
İdmanxeber.az-ın məlumatına görə, növbəti mövsümdən çempionat oyunlarında yarımavtomatik oyundankənar vəziyyətin aşkarlanması sistemi tətbiq edə bilər. Qrum artıq bunun üçün İspaniya Futbol Federasiyasına müraciət edib.
Hər bir stadionda oyunçuların meydandakı yerini və hərəkətlərini qeyd edən 12 kamera olacaq.
Xatırladaq ki, bu sistemdən Avropada yalnız İtaliya A Seriyasında istifadə edilir.

