Xəbər verdiyimiz kimi, Türiyə millisi AVRO-2024-in seçmə mərhələsi çərçivəsində ötən gün öz meydanında Xorvatiyaya məğlub oldu – 1:2.
İdmanxeber.az-ın məlumatına görə, oyundan sonra Türkiyə millisinin təcrübəli müdafiəçisi Çağlar Söyüncü qarşılaşma ilə bağlı fikirlərini bölüşüb:
“Xorvatiya ilə oyunda bizə çətin olacağını bilirdik. Onlar 2 dəfə dünya 3-cüsü olublar. Səhvlərimizdən nəticə çıxardacağıq. Heç bir şey bitməyib. Bizim Ronaldomuz, Messimiz yoxdu.Biz komanda şəklində güclü oluruq. Mən komandama və komanda yoldaşlarıma inanıram”.

