Türkiyənin “Fatih Karagümrük” klubunun baş məşqçisi Andrea Pirlo xarici mətbuata müsahibə verib.
İdmanxeber.az-ın məlumatına görə, italiyalı çalışıdırıcı gələcək karyerası barədə danışıb. O, “Yuventus”a qayıtma ehtimalı ilə bağlı sualı belə cavablandırıb:
“Klubla yaxşı münasibətim var. Rəhbərliklə də əlaqəm qalıb. Bir-birimizə qarşılıqlı hörmət edirik. Əlbəttə”Yuventus”a qayıda bilərəm, onlar zəng edəndə”.
Pirlo 2011-2015-ci illərdə “Yuventus”da çıxış edib . O, həmçinin 2020/21 mövsümündə komandanın baş məşqçisi vəzifəsində çalışıb.

