AVRO-2024 seçmə mərhələsində İspaniya səfərdə Şotlandiya millisi ilə qarşılaşıb.
İdmanxeber.az-ın məlumatına görə, Şotlandiya yığması görüşdən 2:0 hesablı qalib ayrılıb. İspaniya bu məğlubiyyətin ardından 7 il sonra bir ilki yaşayıb.
Belə ki, komanda uzun müddət sonra iki top fərqi ilə meydandan məğlub ayrılıb. İspaniya sonuncu dəfə AVRO-2016-da İsveç yığmasına eyni hesabla uduzub.
Aktivində 3 xalı olan komanda qrupda ikinci pillədə qərarlaşıb.

