İspaniyanın “Real Valyadolid” klubu baş məşqçi ilə yollarını ayırıb.
İdmanxeber.az-ın məlumatına görə, braziliyalı sabiq futbolçu Ronaldonun rəhbərlik etdiyi klub Jose Rojo Martinin vəzifəsinə son verib.
Ötən tur komandanın “Real”a 6:0 hesabı ilə məğlub olması belə bir qərarın verilməsinə səbəb olub.
“Real Valyadolid” hazırda 28 xalla turnir cədvəlində 16-cı pillədə qərarlaşıb.

