Türkiyə basketbol liqasının 23-cü turunda “Fənərbağça” “Qalatasaray”ı qəbul edib.
İdmanxeber.az-ın məlumatına görə, matç əvvəldən sonadək ev sahibi komandanın üstünlüyü ilə keçib. “Fənərbağça” oyundan 86:64 hesablı qələbə ilə ayrılıb.
Bu nəticənin ardından “sarı-göylər” 42 xalla ikinci pillədə qərarlaşıb. “Qalatasaray”ın isə aktivində 33 xalı var.

