PSJ heyətini yeni futbolçu ilə gücləndirə bilər.
İdmanxeber.az-ın məlumatına görə, Paris klubu “Ayntraxt”da çıxış edən Randal Kolo-Muanini rənglərinə bağlamaq niyyətindədir.
Bundesliqa təmsilçisi 24 yaşlı hücumçusunu bəlli bir məbləğ və üzərində Yuqo Ekitiklə dəyişməyə hazırdır.
Muaninin hazırkı dəyəri 65 milyon avro göstərilir.

