12 İyul 2026
Ölkə futbolu

“Kəpəz” stadionunda çalışmalar davam edir

“Kəpəz” rəhbərliyinin Gəncə şəhər stadionunun ot örtüyü ilə bağlı çalışmalara başladığı xəbərini vermişdik.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, stadionun əsas meydançasına qulluq edən “AgroSport”  şirkətinin nümayəndələri şəhərə dəvət edilib. Onlar qazonunun durumu düzələnə qədər stadionu xüsusi diqqətdə saxlayacaqlar. 

Şirkət rəsmiləri artıq çalışmalara başlayıb. Ən qısa vaxtda qazonun daha yararlı duruma gətiriləcəyi gözlənilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43