Lionel Messi PSJ-dən ayrılmağa yaxındır.
İdmanxeber.az nüfuzlu “L’Équipe” nəşrinə istinadən xəbər verir ki, argentinalı Paris klubu ilə razılaşa bilmir. Artıq Messinin PSJ-dən ayrılacağı dəqiq görünür.
Mənbə yazır ki, ulduz futbolçunun yenidən “Barselona”ya keçmə ehtimalı artır. Futbolçunun atası bir müddətdir Kataloniya klubu ilə danışıq aparır.
Argentinalı 2021-ci ilin yayında azad agent kimi PSJ-yə keçib. Bu mövsüm o, 33 oyunda 18 qol vurub.

