12 İyul 2026
Ölkə futbolu

Rəhbərlik yüksək mükafat versə də…

“Səbail” rəhbərliyi komandanın Premyer Liqada qalması üçün hər şəraiti yaradır.

İdmanxeber.az-ın əldə etdiyi məlumatına görə, rəhbərlik “Kəpəz” oyunu öncəsi oyunçulara mükafat vəd edib. Qarşılaşmanın önəmini nəzərə alan klub idarəediciləri komandanı bu yolla motivasiya etməyə çalışıblar.

Hətta mükafatın miqdarının kifayət qədər yüksək olduğu bildirilir. Ancaq bununla belə “Səbail” yenə də Gəncədən məğlubiyyətlə ayrılıb.

“Dənizçilər” hazırda 18 xalla sonuncu sırada yer alır.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43