12 İyul 2026
Dünya futbolu

PSJ baş məşqçiyə şərt qoydu

PSJ Kristof Qaltye iki oyun şans verdi.

İdmanxeber.az-ın məlumatına görə, qarşıdakı oyunlar fransalı mütəxəssisin taleyini bəlirləyəcək. Paris klubu şənbə günü səfərdə “Nitsa” ilə, daha sonra isə “Lens”lə ev oyununa çıxacaq.

Rəhbərlik Qaltyedən hər matçda da maksimum nəticə gözləyir. Əks təqdirdə isə onunla vidalaşılacaq.

2023-cü ildə PSJ bütün yarışlarda keçirdiyi 18 matçın 8-də məğlub olub. Ardıcıl uğursuz nəticələrdən sonra baş məşqçi ilə yolların ayrılacağı bildirilirdi. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43