Türkiyə Super Liqa təmsilçisi “Kasımpaşa” yeni baş məşqçisini açıqlayıb.
İdmanxeber.az-ın məlumatına görə, İstanbul klubu Kemal Özdeşlə razılığa gəlib. Təcrübəli mütəxəssislə imzalanan müqavilənin detalları barədə məlumat verilməyib.
Özdeş 2016-18-ci illərdə “Kasımpaşa” klubunun baş məşqçisi olub.
Xatırladaq ki, rəhbərlik uğursuz gedişatın ardından Selçuk İnanla yolları ayırmışdı.

