“Brayton”un baş məşqçisi Roberto De Zerbi “Çelsi”də çalışmaq istəmir.
İdmanxeber.az-ın məlumatına görə, o, London klubundan belə bir təklif alacağı təqdirdə, bundan imtina edəcək. Buna səbəb baş məşqçinin “Brayton”la İngiltərə Kuboku və avrokuboklara vəsiqə qazanmaq iddiasıdır.
Komanda hazırda Premyer Liqada 4-cü pillədə yer alan “Tottenhem”dən 7 xal geridə qalır.
De Zerbi “Çelsi”nin baş məşqçi postuna namizədlər arasında yer alırdı.
Xatırladaq ki, istefaya yollanan Qrem Potter də London klubuna “Bratyton”dan gəlmişdi.

