12 İyul 2026
Ölkə futbolu

Paytaxt təmsilçisində ciddi itkilər

“Zirə” Misli Premyer Liqasının 29-cu turu çərçivəsində keçiriləcək “Qəbələ” görüşünə itkilərlə hazırlaşır.

İdmanxeber.az-a verilən məlumata görə, komanda bu matçda 3 futbolçunun xidmətindən yararlana bilməyəcək. Bunlar Coşqun Diniyev, Donald Geryə və Mirsayib Abbasovdur.

Hər üç futbolçu da “Qəbələ” ilə görüşü buraxacaq. 

“Qəbələ” – “Zirə” matçı aprelin 7-də, saat 17:00-da start götürəcək.

İdmanxeber.az


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43