“Liverpul” yayda bir neçə futbolçusu ilə yollarını ayıracaq.
İdmanxeber az-ın məlumatına görə, yarımmüdafiəçilər Nabi Keyta və Aleks Oksleyd-Çemberlen yayda sərbəst şəkildə komandadan ayrılacaqlar.
Onlarla yanaşı, “Yuventus”dan icarəyə götürülən Artur da “Liverpul”da qalmayacaq.
Keyta 2018-ci, Çemberlen isə 2017-ci ildən “Liverpul”da çıxış edir.

