12 İyul 2026
Dünya futbolu

“Liverpul” onlarla yollarını ayırır

“Liverpul” yayda bir neçə futbolçusu ilə yollarını ayıracaq.

İdmanxeber az-ın məlumatına görə, yarımmüdafiəçilər Nabi Keyta və Aleks Oksleyd-Çemberlen yayda sərbəst şəkildə komandadan ayrılacaqlar.

Onlarla yanaşı, “Yuventus”dan icarəyə götürülən Artur da “Liverpul”da qalmayacaq.

Keyta 2018-ci, Çemberlen isə 2017-ci ildən “Liverpul”da çıxış edir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43