“Barselona”nın sabiq baş məşqçisi Luis Enrike karyerasını İngiltərədə davam etdirə bilər.
İdmanxeber.az-ın məlumatına görə, “Çelsi” təcrübəli mütəxəssisin xidmətində maraqlıdır. Rəhbərliyin onunla danışıq apardığı bildirilir.
Qrem Potteri istefaya göndərən “zadəganlar” komandanı 53 yaşlı mütəxəssisə həvalə etmək istəyir.
Enrike dekabrın əvvəlində İspaniya yığmasından ayrılıb.

