“Trabzonspor”un baş məşqçisi Orhan Ak istefa verib.
İdmanxeber.az-ın məlumatına görə, Trabzon klubu Türkiyə Kubokunun 1/4 final mərhələsində “Ankaragücü”nə 1:3 hesabı ilə məğlub olaraq turnirlə vidalaşıb.
Oyunun ardından gənc mütəxəssis vəzifəsindən ayrıldığını açıqlayıb.
AK Abdullah Avcının ardından mövsüm sonuna qədər baş məşqçi təyin edilmişdi.

