“Antalyaspor”un hücumçusu Hadji Rayt mövsüm sonu klubdan ayrıla bilər.
İdmanxeber.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, futbolçu bir neçə klubun diqqət mərkəzindədir. “Qalatasaray” və “Fənərbağça” da amerikalı forvardı transfer etmək istəyir.
Qışda “Lokomotiv”dən (Rusiya) təklif alan Rayt Rusiyada oynamaq istəmədiyini bildirib.
“Antalyaspor”un prezidenti Sabri Gülel oyunçu üçün 20 milyon təzminat tələb edəcəklərini açıqlayıb.