FİFA milli komandaların yeni reytinq cədvəlini açıqlayıb.
İdmanxeber.az-ın məlumatına görə, Azərbaycan yığmasının mövqeyində dəyişiklik baş verib. Millimiz 1142 xalla 124-cü pillədə yer alıb.
Bu göstərici ilə Azərbaycan komandası ötən siyahı ilə müqayisədə 3 pillə geriləyib.
Cədvəldə ilk sırada son dünya çempionu Aregentina yığması qərarlaşıb. Türkiyə millisi isə 1465 xalla 43-cü sıradadır.
Xatırladaq ki, millimiz AVRO-2024 seçmə mərhələsində Avstriya (1:4) və İsveç (0:5) yığmalarına məğlub olub.