Dünya futbolu

Dünya çempionu İngiltərə nəhənglərinin diqqətində

“Brayton”un yarımmüdafiəçisi Aleksis Makallister Premyer Liqanın aparıcı klubuna keçə bilər.

İdmanxeber.az-ın məlumatına görə, Argentina millisinin 24 yaşlı futbolçusu ilə “Mançester Yunayted”, “Liverpul” və “Arsenal” kimi klublar maraqlanır.

Artıq adıçəkilən iki klubun onunla danışıq apardığı bildirilir.

“Brayton” rəhbərliyinin oyunçu üçün 60 milyon funt-sterlinq təzminat tələb edəcəyi vurğulanıb.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43