Dünya futbolu

“Hesabı qəbul etmək çətindir” – Xavi Hernandes

İspaniya kubokunun cavab oyunları keçirilib.

İdmanxeber.az-ın məlumatına görə, “Barselona” səfərdə məğlub etdiyi (1:0) “Real”a doğma meydanda uduzub (4:0). Görüşün ardından komandanın baş məşqçsi Xavi Hernandes oyun barədə fikilərini bildirib:

“Məncə, birinci hissə bizim xeyrimizə bitməli idi. Bu, çox ağır məğlubiyyətdir, bunu qəbul etmək çətindir. İkinci qol bizim üçün ciddi cəza oldu. İlk hissəni çox yaxşı keçirdik, lakin üstünlükdən istifadə edə bilmədik.

Dəfələrlə demişəm ki, istənilən turnirdə “Real” favoritdir. O, Çempionlar Liqasının qalibidir. Bu, böyük komandadır və bu gün biz bunu gördük.

Hesab edirəm ki, hesab əksinə desə də, sona qədər mübarizə apardıq. Futbolda anlar önəmlidir, epizodlardan istifadə edə bilmədik. Finala çıxa bilmədiyimiz üçün gücsüzlük hissi var”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43