15 İyul 2026
Dünya futbolu

“Yuventus”a irqçilik cəzası

İtaliya Futbol Federasiyası “Yuventus”u cəzalandırıb.

İdmanxeber.az-ın məlumatına görə, buna səbəb Turin təmsilçisinin ölkə kubokunun yarımfinalında “İnter”lə oyunda baş verənlər olub.

Belə ki, “Yuventus” azarkeşləri rəqib komandanın hücumçusu Romelu Lukakuya qarşı irqçi davranışlar ediblər.

Federasiya da bu səbəbdən “Yuventus” stadionunun cənub blokunu bir oyunluq azarkeşlər üçün bağlayıb.

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43