UEFA Çempionlar Liqası 1/4 final mərhələsinin ilk görüşləri çərçivəsində “Bavariya” sabah səfərdə “Mançester Siti”nin qonağı olacaq.
İdmanxeber.az-ın məlumatına görə, Münhen klubu bu oyuna ciddi itki ilə çıxacaq. Komandanın forvardı Maksim Çupa Motinq zədə səbəbindən ilk görüşü buraxacaq. Onun oynamayacağı artıq rəsmiləşib.
“Şəhərlilər”in heyətində isə Fil Fodenin eyni səbəbdən oynamayacağı bildirilir.
Qeyd edək ki, “Mancester Siti” – “Bavariya” oyunu saat 23:00-da başlayacaq.

