“Qalatasaray”ın hücumçusu Mauro İkardinin cəzası açıqlandı.
İdmanxeber.az-ın məlumatına görə, argentinalı futbolçuya 150 min lirə pul cəzası verilib. Buna səbəb İkardinin Türkiyə kubokunun 1/4 final mərhələsində “Başakşəhər”ə qarşı oyundan (2:3) sonra hakimlər barədə sosial şəbəkə hesabından paylaşım olub.
Həmin görüşdə hakimlərə qarşı sərt etiraz edib birbaşa qırmızı vərəqə alan “Başakşəhər”in baş məşqçisi Emre Belezoğlu isə 4 oyun cəzalandırılıb.

