“Bavariya”nın yarımmüdafiəçisi Kinqsli Koman yerli mətbuata müsahibə verib.
İdmanxeber.az-ın məlumatına görə, fransalı futbolçu bütün oyunlara qələbə istəyi ilə çıxdığını bildirib. O, qalib gəlməyəndə özünü çox pis hiss etdiyini açıqlayıb:
“Həqiqətən məğlub olmaqdan nifrət edirəm. Bəzən mənə elə gəlir ki, qalib gəlməyi sevdiyimdən uduzmaqla barışmıram. Mən qalib olmalıyam. Çox qazananda təbii ki, öyərəşə bilərsən, amma heç vaxt uduzmağa alışmıram.
Məğlub olmaq pis hissdir. Məsələn, Almaniya kubokundan kənarda qalanda həmin gecə yata bilməmişdim. Bu, xoş hiss deyil, bundan nifrət edirəm. Uduzmağı sevmədiyin hər gün qalib gəlməlisən”.

